"Biliyini paylaş" layihəsi çərçivəsində komanda üzvlərinin növbəti nümunəvi dərsi keçirildi

  "Biliyini paylaş" layihəsi çərçivəsində komandaya üzv olan ibtidai sinif müəllimi Nuranə Quliyeva 23.12.2022 tarixində "Azərbaycan dili və riyaziyyat dərslərində kodlama" adlı layihə üzrə 2"Ə" sinfində Azərbaycan dili fənnindən nümunəvi dərs keçirdi. Dərsdə komandanın mentoru Gülşən Hacıyeva və digər komanda üzvü Təranə İsmayılova iştirak etdi.

  Dərs zamanı "Çeçelə barmaq" mövzusunun tədrisində kodlamadan istifadə edilməsi şagirdlər tərəfindən maraqla qarşılandı. Şagirdlər mövzunu əhatə edən suallar əsasında tapşırıqları qrup işi vasitəsilə yerinə yetirməklə mövzu üzrə biliklərə daha yaxşı yiyələndilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi