"Biliyini paylaş" layihəsi çərçivəsində komanda üzvlərinin nümunəvi dərslərinin keçirilməsinə start verildi

"Biliyini paylaş" layihəsi çərçivəsində komandaya üzv seçilmiş ibtidai sinif müəllimi Təranə İsmayılova 22.12.2022 tarixində "Azərbaycan dili və riyaziyyat dərslərində kodlama" adlı layihəsi üzrə 1"C" sinfində Azərbaycan dili fənnindən nümunəvi dərs keçirdi. Dərsdə komandanın mentoru Gülşən Hacıyeva və digər komanda üzvü Nuranə Quliyeva iştirak etdi.
Dərs prosesi sistemli, ardıcıl təşkil olundu. Şagirdlər onlara təqdim olunan kodlama vərəqlərini qrup şəklində həvəslə və düzgün yerinə yetirdilər. Əyləncəli ,oyunxarakterli dərs şagirdlərin marağına səbəb oldu. Öz aralarında biliklərini paylaşmaq, bir birləri ilə ünsiyyət qurmaq, əməkdaşlıq etmək qabiliyyətini formalaşdirdi.