Aysun Məmmədova “Zəfər” olimpiadasının qalibi oldu

Bakının 12 inzibati rayonunu əhatə edən “Zəfər” məktəblilərarası I tarix olimpiadasında qalib olmuş 61 nəfər şagirdin mükfatlandırılma mərasimi keçirildi. Məktəbimizin 10 “A” sinif şagirdi Aysun Məmmədova da qalib gələn şagirdlərdən biri oldu. Mərasimdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva müsabiqədə qalib gəlmiş şagirdləri qazandıqları uğura görə təbrik etdi. Qalib şagirdlər diplom və hədiyyələrlə təltif edildi.
Rəsmi hissədən sonra olimpiadanın yekununda qalib şagirdlərdən ibarət komandalar arasında “Kim? Nə? Harada?” intellektual oyunu təşkil olundu. Məktəbimizin şagirdi Aysun Məmmədovanın iştirak etdiyi komanda da qaliblər sırasında oldu və 3-cü yerə layiq görüldülər.
Məktəb kollektivi adından bütün qalib şagirdləri və Aysunu təbrik edir, onların hər birinə yeni uğurlar arzu edirik.