“Biliyini paylaş” layihəsi çərçivəsində növbəti görüş keçirildi

“Biliyini paylaş” layihəsi çərçivəsində 09.12.2022- ci il tarixində 240 nömrəli tam orta məktəbdə məktəb rəhbərliyi və layihəyə üzv seçilmiş müəllimlərlə ilk görüş keçirildi.
Məktəbin ibtidai sinif müəllimi mentor Gülşən Hacıyeva layihənin mahiyyəti və məqsədi haqqında layihə üzvlərini məlumatlandırdı və növbəti görüşlərin keçirilmə tarixləri açıqlandı.