Məktəbimizin direktoru Esmira Məmmədova Fəxri Fərmanla təltif edilib

Bu gün məktəbimizin direktoru, dəyərli xanım Esmira Əşrəf qızı Məmmədova pedaqoji fəaliyyətində səmərəli xidmətlərinə və anadan olmasının 65 illiyi münasibətilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Fəxri Fərmanla təltif edilib. Bu münasibətlə onu məktəbin kollektivi adından təbrik edir, həyatda ən gözəl nemət olan can sağlığı, uzun ömür, ailə səadəti, qadın xoşbəxtliyi arzulayırıq.
Səmimi, mehriban, hər kəsə işinə görə dəyər verdiyiniz üçün kollektivin həmişə sevimlisi olacaqsınız. Siz buna layiqsiniz.
Ad gününüz mübarək!