Müəllimlərimiz məktəbimizin şəhid məzunu Tural Eyyubov Yadulla oğlunun “Anım günü” mərasimində iştirak etdilər

   Məktəbimizin şəhid məzunu Tural Eyyubov Yadulla oğlunun “Anım günü” mərasimi keçirilmişdir. Mərasimdə Tural Eyyubovun müəllimləri Nəriman Məmmədov, Şəfiqə Quliyeva, Zibeydə Quliyeva və Səbinə Həmidova şəhidimiz haqqında unudulmaz, xoş xatirələrindən söhbət açmışlar. Tural müəllimlərinin xatirində çalışqan, bacarıqlı və qətiyyətli şagird kimi qalmışdır.

  Şəhid Tural Eyyubovun adını daşıyan 6"C" sinfinin şagirdləri “Anım günü” mərasimində şeirlər söyləmişlər . Mərasimdə canını torpaqlarımızın azad olunması uğrunda qurban verən şəhidlərimizin şücaətindən bəhs olunmuşdur. Onların vətənə ,dövlətimizə və millətimizə olan sevgisi şagirdlərimiz üçün əvəzsiz örnəkdir!
   Allah vətənimiz uğrunda canını fəda edən oğullarımıza rəhmət etsin!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi