Məktəbimizin şagirdləri ilə “Uşaq hüquqları” haqqında maarifləndirici tədbir keçirildi

Şagirdlərə uşaq hüquqları konvensiyası haqqında məlumat verildi. “Uşaq hüquqları” aylığı çərçivəsində ibtidai sinif şagirdlərinə təhlükəsizlik qayadaları öyrədildi. Uşaq Birliyi Təşkilatı rəhbəri Ə.İlahə, sinif rəhbəri İ.Şərqiyyə və psixoloq M.Zülfiyyə şagirdlərə yanğın, fövqəladə hallar zamanı özünü qorunma yolları haqqında ətraflı məlumat verdi. 4”Ə” sinif şagirdləri isə bu mövzuda rəsmlər çəkdi.
Hər il şagirdlər arasında mövzu dəyirmi masa, disput və müzakirələr şəklində davam edir.