Respublika birincisi - 240 №-li tam orta məktəbin fəxri

Hacılı Nərmin Fərman qızı 1997-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhərindəki 240 №-li tam orta məktəbin on birinci sinif şagirdidir. Nərmin öz bacarığı, istedadı ilə yaşıdları arasında seçilənlərdəndir. Elmi biliklərini zənginləşdirərkən tədris olunan fənlərə kəskin fərq qoymadan öz maraq dairəsini düzgün müəyyən etməyi bacaran, verilən tövsiyə və məsləhətlərə yaradıcı yanaşan şagirdlərdən biridir. Dəfəflərlə məktəb daxilində və məktəbdənkənar keçirilən tədbirlərdə, müsabiqə və bilik yarışlarında iştirak edərək fərqlənmişdir. Bu kiçik uğurlar bu gün Nərminin müstəqil həyata qədəm qoymağa hazırlaşdığı bir dövrdə ilk böyük qələbəsini əldə etməsinə stimul verdi. O, respublika fənn olimpiadalarının bütün mərhələlərindən müvəffəqiyyətlə keçərək coğrafiya fənni üzrə Respublika birincisi kimi qızıl medala layiq görüldü.Nərmini bu möhtəşəm qələbəsi münasibəti ilə təbrik edir, ölkəmizə layiq bir şəxsiyyət kimi daha yüksək zirvələrə ucalmasını arzulayırıq.