Məktəbimizin şəhid məzunu III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

  Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

   Sərəncamda adı keçən Vətən oğullarının siyahısında məktəbimizin şəhid məzunu leytenant Eyyubov Tural Yadulla oğlunun da adı yer almışdır. Şəhidimiz 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

   Allah şəhidlərimizə rəhmət etsin. Onların müqəddəs xatirəsi daim qəlbimizdədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi