Məktəbimizin informatika müəllimi Nərminə Musayevaya “Təşəkkürnamə” təqdim olundu

    Oktyabrın 25-də “Rəqəmsal bacarıqlar” layihəsinin 5 illik fəaliyyətinə həsr olunmuş hesabat tədbiri keçirilib.

   Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, millət vəkilləri Ceyhun Məmmədov, Etibar Əliyev, iqtisadiyyat nazirinin müşaviri Rauf Nəcəfli, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov, informasiya texnologiyaları ixtisasının tədris edildiyi ali təhsil müəssisələrinin rektor və pedaqoji heyəti, məktəb direktorları, müəllim və şagirdlər iştirak ediblər.

  Layihənin 18 ən yaxşı müəlliminə, layihə heyətinin 3 əməkdaşına “Təşəkkürnamə” təqdim edilib. Təşəkkürnamə alanlar arasında məktəbimizin informatika müəllimi Nərminə Musayeva da yer alıb.

   Nərminə müəlliməni təbrik edir, ona yeni uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi