3"F" sinif şagirdləri şəhid Azad Məmmədovun məzarını ziyarət ediblər

    Şəhid Azad Məmmədovun anım günü ilə bağlı məktəbimizin ibtidai sinif müəllimi Zülfüqarova Nərgiz dərs dediyi 3”F” sinif şagirdləri və valideyn kollektivi ilə birlikdə şəhidin uyuduğu II Fəxri Xiyabana getmişdir. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, gələnlər tərəfindən Azad Məmmədovun məzarı üzərinə əklil və gül dəstələri qoyularaq,  xatirəsi hörmət və ehtiramla yad edilib. Sonra digər şəhid olmuş qəhrəman Vətən oğullarının da unudulmaz xatirəsi dərin ehtiramla yad edilərək məzarlarına güllər qoyulub. 

   Azərbaycan Ordusunun əsgəri olan Azad Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonun azad olunması uğurunda gedən döyüşlərdə iştirak edib. 14.10.2020-ci ildə Füzuli rayonun azad olunması uğurunda gedən döyüşlərdə həlak olub.

   Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədov Azad ölümündən sonra "Vətən uğrunda", 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" və 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə"medalları ilə təltif edilib.

  Allah şəhidlərimizə rəhmət etsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi