9”C” sinif şagirdi Renat Qiyaslı gümüş medala layiq görülmüşdür

İtaliyanın Jeselo şəhərində keçirilən Kikboksinq üzrə uşaqlar, yeniyetmələr və gənclər üzə dünya birinciliyində Azərbaycan mill yığma komandasının üzvü 9”C” sinif şagirdi Renat Qiyaslı Xəyal oğlu iştirak edərək gümüş medala layiq görülmüşdür.
Milli Məclisdə Dünya Çempinatında qələbə qazanan idmançılarla görüş keçirən millət vəkili Adil Əliyev Kikboksinq federasiyasının vitse prezidenti Ramal Aslanovu və qələbə qazanmış bütün idmançıları təbrik edib.
Məktəb kollektivi və şagirdlər adından Renatı təbrik edirik, ona yeni uğurlar arzu edirik.