4”D” sinif şagirdləri Şəhid İsmayıl Kərimlinin məzarını ziyarət etdilər

   Bugün Vətən müharibəsi Şəhidi İsmayıl Kərimlinin doğum günü ilə əlaqədar məktəbimizin müəllimi Elmira Məmmədova 4”D” sinif şagirdləri və valideynləri ilə II Fəxri xiyabana gedib, Şəhidin ailə üzvləri ilə birlikdə məzarı ziyarət edərək xatirəsi ehtiramla anıb, məzarı üzərinə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.

  Şəhid İsmayıl Kərimli Hadrut döyüşləri zamanı döyüş yoldaşlarının əhatəyə aldığı səngərə daxil olub və Ermənistan Silahlı Qüvvələrinin bir neçə əsgərini öldürüb. İsmayıl Kərimli noyabrın 4-də Daşaltı istiqamətində döyüş yoldaşlarını xilas edən zaman ağır yaralanıb, nəticədə şəhid olub.

   Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərimli İsmayıl ölümündən sonra "Vətən uğrunda", 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə", 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" və 30.12.2020 -ci il tarixli Sərəncamına əsasən isə "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

  Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi