2”D” sinfi şəhid Vüqar Məmmədovun məzarını ziyarət etdilər

Şəhidlik Vətənə məhəbbətin zirvəsidir. Şəhidlik adı ölüm deyil, VƏTƏN, TORPAQ, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik - verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir.
4 oktyabr 240 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Rəhimova Pərvanə sinif şagirdləri və valideynlər ilə birlikdə II Fəxri Xiyabanda Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuş Məmmədov Vüqar Elxan oğlunun il dönümü ilə bağlı məzarını ziyarət ediblər. Şəhidimizin anası Elmira xanım və döyüş yoldaşı Pərviz Bağırov onun məzarı başında xatirələrini bölüşüb. Şagirdlərin şəhidə həsr etdikləri şeirlər dinlənilib.
Şəhidimiz Məmmədov Vüqar Elxan oğluna Ulu tanrıdan rəhmət diləyirik. Ruhu şad,məkanı cənnət olsun!