27 Sentyabr Anım Günü ilə bağlı silsilə tədbirlər keçirildi

27 Sentyabr Anım Günü ilə bağlı məktəbimizdə silsilə tədbirlər keçirildi. İlk dərslər Vətənin azadlığı , bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sagirdlər tərəfindən hazırlanmış "Şəhidlər ölməz, Vətən bölünməz" adlı ədəbi-bədii kompozisiya,rəsm sərgisi, dəyirmi masalar keçirildi. Ali Baş Komandanin rəhbərliyi ilə Səhidlərimizin keçdiyi qəhrəmanliq yolu haqqında söhbətlər aparıldı. Məktəbin yaxınlığındakı "Zəfər" parkına məktəblilərin ziyarəti təşkil olundu, Zəfər tariximizi yazan şəhidlər dərin hörmət və ehtiramla yad edildilər.