Məktəbimizin ibtidai sinif müəllimi Mətanət Səmədova Milli Keyfiyyət Nişanına layiq görülmüşdür

Məktəbimizin ibtidai sinif müəllimi Mətanət Səmədova bu il də e-Twinning layihəsi çərçivəsində qoşulduğu 6-11 yaş üzrə 11 ölkədən qatılmış müəllim, 100-dən çox şagirdin iştirak etdiyi "Minik Eller -Büyük Yürekler The intelligent digital student" layihələrində ortaq "HASAT ZAMANI-Harvest Time" layihəsində qurucu kimi iştirak etmişdir. Ona görə də Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsi tərəfindən Milli Keyfiyyət Nişanına layiq görülmüşdür.
Bütün kollektivimiz adından Mətanət müəlliməni təbrik edirik və yeni uğurlar arzulayırıq.