Şagirdimizin uğurlu rəqs permormansı

   Məktəbimizin 10 "C" sinfinin şagirdi Abusətdar İlayda bu gün Hindistan Respublikasının 75-ci Müstəqillik Günü münasibətilə Hindistanın ölkəmizdəki səfirliyində təşkil olunmuş tədbirdə öz performansı ilə çıxış edib. Şagirdimizin "Rhythm Dance Institute" məktəbinin müəllimi xanım Prerana Rathi  ilə birlikdə "Ae Watan" mahnısına hazırladığı rəqs nömrəsi maraqla qarşılanıb. 
   Qeyd edək ki, İlayda Abusətdar artıq ikinci ildir Hindistanda yerləşən "Rhythm Dance Institute" məktəbində hind klassik rəqslərindən biri olan Kathak üzrə distant təhsil alır. İlaydaya yeni uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi