Məktəbimizin informatika müəllimi Nərminə Musayeva Təşəkkürnamə ilə təltif edildi

    Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsil Nazirliyi və “Alqoritmika” şirkətinin birgə əməkdaşlığı çərçivəsində ADPU tələbələri üçün həyata keçirilən “Alqoritmika - rəqəmsal bacarıqların inkişafı" layihəsinin yekunlarına həsr olunmuş tədbirdə keçirilmişdir.

    Məktəbimizin informatika müəllimi Musayeva Nərminə həmin layihədə təlimçi kimi iştirak etmişdir. O, 160 tələbənin yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağına göstərdiyi səylərə görə Təşəkkürnamə ilə təltif edilmişdir.

    Kollektivimiz adından Nərminə müəlliməni təbrik edir, yeni uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi