Mətanət Səmədova  “Ustad müəllim" adına layiq görülmüşdür

    24 iyun tarixində Təhsil Texnologiyaları Mərkəzində "Sağlam Təhsil " layihəsinin 2021-2022 ci il tədris ilində fərqlənən müəllimlərin təltifetmə mərasimi keçirilmişdir. 2021-2022 ci tədris ilində   fəaliyyəti dəyərləndirilən müəllimlər  3 nominasiya "Ustad müəllim","Fəal müəllim" və “Təşəkkürnamə" üzrə təltif edilmişlər

   "Sağlam təhsil-Sağlam millət" layihəsinə verdiyi töhfəyə, milli, vətənpərvər və sağlam ruhlu şagirdlər yetişdirdiyinə görə  məktəbimizin "Sağlam təhsil" sinfinin ibtidai sinif müəllimi Mətanət Səmədova  “Ustad müəllim" adına layiq görülmüşdür.

   Məktəbimizin digər Sağlam təhsil sinfinin müəllimi Gülşən Hacıyeva "Sağlam təhsil-Sağlam millət" layihəsində fəal iştirak etdiyinə görə "Fəal müəllim" adına layiq görülmüşdür.

     Kollektivimiz adından müllimlərimizi təbrik edir və onlara yeni uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi