Məktəbimizdə son zəng tədbiri keçirildi

14 iyun Respublikanın bütün ümumtəhsil məktəblərində olduğu kimi məktəbimizdə də "Son zəng" çalındı. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlandı. Torpaqlarımızın azadlığı uğrunda şəhid olub zəfər tariximizi yazan qəhrəmanlarımızın xatirəsi 1dəqiqəlik sükutla yad edildi.
Məktəbin direktoru Esmira Məmmədova və tədbirdə iştirak edən qonaqlar bu il məktəbi bitirən məzunları və onların valideynlərini təbrik etdilər. Məzunlar məktəbli kimi son çıxışlarını, hazırladıqları bədii kompozisiyalarını təqdim etdilər. Rəngarəng musiqilər, mahnılar səsləndi, rəqslər nümayiş etdirildi.
Sonda 2021-2022-ci tədris ilində yüksək nailiyyətlər əldə edərək məktəbin adını ucaldan şagird və müəllimlərimiz məktəb rəhbərliyi tərəfindən xüsusi qeyd edilərək fəxri fərmanlarla təltif edildilər.
10"A" sinif şagirdi Nihad Əlizadə Respublika Fənn Olimpiadalarının riyaziyyat fənni üzrə Respublika mərhələsinin final turunda qalib gəlib bürünc medal qazandığına görə, 6"E" sinif şagirdi Həşimli Mətin Beynəlxalq “Sasmo” olimpiadasında qalıb gəldiyinə görə, 11"B" sinif şagirdi Hüseynzadə Selcan qəbul imtahanında məktəbimizin şagirdləri arasında ən yüksək bal topladığına görə, Azərbaycan dili və ədəbiyyatı müəllimi Sadıqova Cəmalə 9-cu sinif buraxılış imtahanlarının nəticələrinə görə, Azərbaycan dili və ədəbiyyatı müəllimi Əliyeva İlhamə 9-cu sinif buraxılış imtahanlarının nəticələrinə görə, rus dili və ədəbiyyatı müəllimi Atakişiyeva Rəhimə 9-cu sinif buraxılış imtahanlarının nəticələrinə görə, riyaziyyat müəllimi Məmmədov Kamran hər iki şagirdi olimpiada qalibi olduğuna görə, kimya və biologiya müəllimi Quliyeva Gülnarə təhsildə qazandığı nailiyyətlərə və “Elektron jurnal” layihəsində fəaliyyətinə görə, ibtidai sinif müəllimi Səmədova Mətanət “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin qalibi olduğuna görə, ibtidai sinif müəllimi Hacıyeva Gülşən “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin qalibi olduğuna görə, ibtida sinif müəllimi Hüseynova Ravilə Nəsimi rayonu orta ümumtəhsil məktəblərinin müəllimləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsində fəal iştirakına görə təltif olundular.