" Ailə və məktəbim layihəsi" keçirildi

Ailə-məktəb münasibətlərinin səmərəli təşkili böyüməkdə olan gənc nəslin motivasiya sahəsinin,əxlaqi şüurunun formalaşmasına , uşağın cəmiyyətdəki rolunun müəyyənləşdirilməsinə və bacarığlarını inkişaf etdirməsinə sistemli töhvə verir.
Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji , psixoloji əsaslar üzərində , qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir. Cəmiyyətin təməlini təşkil edən və dəyərlərini yaşadan ailələr və ümumtəhsil məktəbləri arasında səmərəli əlaqələr qurulmalıdır. 240No - li məktəbin 6”Ç”sinfində "Ailəm və məktəbim" layihəsi keçirilmişdir."Ailəm və məktəbim" layihəsi çərçivəsində valideynlərin iştirakı ilə sorğu keçirilmişdir. Təyin edilən mövzu və onun ətrafında şagirdlər tərəfindən hazırlanan suallar müzakirədə valideynlərə ünvanlanmışdır.Sorğu vərəqinin doldurulmasında valideynlər və şagirdlər çox maraqlı diskussiya aparmış və nəticələr bütün siniflə bölüşülmüşdür.