Məzunumuz Çingiz Qurbanov Texnofest festivalının qalibi oldu

   Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilən Texnofest Festivalına bu il Azərbaycan ev sahibliyi etdi.

    Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə Texnofest  Festivalında Aqro sənaye müsabiqəsi üzrə keçirilmiş yarışda məktəbimizin 2020/2021-ci il məzunu Qurbanov Çingiz öz komandası ilə iştirak edərək qələbə qazanmışdır.  

   Çingiz Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Blizzard TS komandasının üzvlüyündə  Aqrar texnologiyalar müsabiqesinin B kateqoriyasinin qalibi olmuşdur. Onun layihəsi - “WATERA” cihazı fermerlər üçün nəzərdə tutulmuşdur, veb-interfeys vasitəsilə məsafədən torpağın və havanın xüsusiyyətlərini izləməyə imkan verən xüsusi cihaz və avtomatik suvarma sistemi də inteqrasiya olunub. Qurğunun özü tam avtonomdur və günəş enerjisi ilə işləyir.

   Məktəbi bitirdikdən sonra da öz uğurları ilə müəllimlərini sevindirən və qürürlandıran məzunumuzu təbrik edir, yeni nailiyyətlər arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi