Müəllim və şagirdinin qələbəsi

     Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında "Milli-mənəvi dəyərlər" mövzusunda tədbir keçirilmişdir. Həmin tədbirdə məktəbimizin ibtidai sinif müəllimi Hüseynova Ravilə Natiq qızı iştirak etmişdir.O, Nəsimi rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsi tərəfindən elan olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsində fəal iştirak etdiyinə görə "Fəxri Fərman" la təltif olunmuş, eyni zamanda məktəbimizin 8”Ə” sinif şagirdi Qasımlı Kamran isə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə keçirilmiş "Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur" adlı inşa yazı müsabiqəsində lll yer tutduğuna görə Bürünc medal, diplom və  qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır.

      Bir məqamı da qeyd edək ki,Qasımlı Kamranın ibtidai sinif müəllimi də Hüseynova Ravilə müəllimə olmuşdur.

     Kollektivimiz adından hər iki qalibi təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi