Məktəbimizin komandası 3-cü yerə layiq görüldü

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nəsimi rayon Komitəsinin təşkil etdiyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Voleybol yarışı keçirildi. Yarışda Nəsimi rayon məktəblərindən komandalar iştirak etdi. Məktəbimiz komandası III yerə layiq görüldü.
Komanda iştirakçılarını təbrik edir, yeni uğurlar arzulayırıq.