Məktəbimizdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirildi

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə məktəbimizdə silsilə tədbirlər keçirilib.
Siniflərdə olan “Heydər Əliyev guşəsi”nə gül dəstələri düzülüb, dünya şöhrətli siyasətçinin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.
Şagirdlər Ulu öndərin qəbrini ziyarət edib, dərs zamanı dahi şəxsiyyətin həyat yolu haqqında təqdimatlar hazırlayıb, ona həsr edilmiş şeirlər və onun aforizmə çevrilmiş kəlamlarını səsləndiriblər.
Dəyərli və mənalı ömrünü Vətəninə həsr edərək, milləti qarşısında misilsiz xidmətlər göstərməklə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış dünya siyasətinin parlaq siması ulu öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq, bu nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsi hər zaman böyük ehtiramla yad ediləcək.