İdmançı şagirdimizin uğuru

Cüdo idman növü üzrə dəfələrlə birincilik qazanmış, kubok, diplom və medallarla təltif edilmiş "Ağ Canavar"ın növbəti qalibiyyəti onun idman həyatında fəxr ediləsi uğur olmuşdur.
Məktəbimizin 11”E”sinif şagirdi Cabbarov Ramil Rafiq oğlu fevral ayında qazandığı 25-ci qızıl medalla kifayətlənməmişdir. Türkiyə, İran, Rusiya və digər ölkələrdə yarış qalibi olan şagirdimizin mart ayında da uğurlarının davamı olmuşdur. Gənclər və İdman Nazirliyi tərəfindən yüksək sertifikata, Cüdo Federasiyası tərəfindən diploma layiq görülmüş, növbəti ən böyük uğurunu qazanaraq 26-cı qızıl medalın da sahibi olmuşdur. Onun uğurları həm də məktəbimizin uğurlarıdır.
Kollektivimiz adından məktəbimizin "Ağ Canavar"ını təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.