Uşaq və gənclər arasında sağlam ətraf mühit və sağlam həyat tərzinin təbliği haqqında

“Azərbaycan Respubilikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 27-ci bəndində “əhali, xüsusilədə uşaq və gənclər arasında sağlam ətraf mühit və sağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların, İİVİQİÇS-ə yoluxmuş şəxslərin reabilitasiyası üzrə tədbirlərin həyata keçirilməsi məqsədilə 8 aprel 2015-ci ildə 240 №li orta məktəbdə tədbir keçirilmişdir.Tədbirdə məktəbin direktoru Esmira Məmmədova, məktəbin həkimi Osmanova Uğur, biologiya müəllimi Quliyeva Gülnarə müəllimə çıxış etmişdirlər.Məktəbin həkimi narkomaniyanın müasir dövrümüzdə geniş yayildığını, insan sağlamlığına bərpa edilməz ziyan vurduğunu, insan həyatını nece şikəst etməsi barədə maarifləndirici məlumat verdi.Biologiya müəllimi Quliyeva Gülnarə müəllimə narkotik maddələr, onların tərkibi haqqında, bu fəlakətdən qorunmağın yollarından danışdı. Çıxış edənlər şagirdləri maraqlandıran suallara ətraflı cavab verdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi