23 aprel Ümumdünya Kitab və müəlliflik hüququ Günü

    Bakı Şəhəri üzrə Təhsil idarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində 19-23 aprel 2022-ci il tarixlərində "Oxu günü" çərçivəsində məktəbdaxili tədbirlər keçirilib.

Şəxsiyyət olaraq insanın formalaşıb zənginləşməsində , dünyagörüşünün və bilik dairəsinin genişlənməsində , cəmiyyət hadisələrinə çevik , həssas və obyektiv münasibət bəsləməsində , bədii təxəyyülün , idrakı bacarıqlarının inkişafında , bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaşlıq tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir . Qloballaşmanın qarşısıalınmaz prosesə çevrildiyi hazırki dövrdə milli dəyərlərin , xalqımızın mənəvi simasını əks etdirən mədəni irsinin və adət - ənənələrinin qorunub saxlanılaraq nəsildən - nəslə ötürülməsində və onların digər mədəniyyətlərlə müqayisə olunub müvafiq nəticələr çıxarılmasında mütaliə əvəzsiz təsir gücünə malikdir.19-23 aprel 2022-ci il tarixində məktəbimizdə "Oxu günü" çərçivəsində silsilə tədbirlər keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi