Şagirdlərin muzeydə bir günü

Muzeylər tarixin məyyən məqamlarını özündə yaşadan, nümayiş etdirən xəzinədir.240 nömrəli məktəbin 7”A”sinif şagirdləri sinif rəhbəri-tarix müəlliməsi S.Ə.Yusifova ilə birlikdə zamanında xeyriyyəçi kimi tanınan, Azərbaycan xalqının tarixində böyük iz qoyan,xalq üçün önəmli işlər görən H.Z.Tağıyevin ev muzeyini ziyarət ediblər. Muzey Azərbaycan tarixi muzeyinin bunasında yerləşir və 9 otaqdan ibarətdir. Azərbaycan və İtaliya mütəxəssisləri muzeyin otaqlarını Tağıyevin ailə foto-albomuna əsasən yenidən bərpa ediblər.