2”A” sinfi adını qürurla daşıdığı Şəhid Teymur Həsənov Mahal oğlunun məzarını ziyarət ediblər

Məktəbimizin müəllim və şagird heyəti şəhidlərimizi yad edib, onların ailələrini ziyarət etməkdə davam edirlər. Bu dəfə 2”A” sinfi adını qürurla daşıdığı Şəhid Həsənov Teymur Mahal oğlunun məzarını ziyarət ediblər. Məzarı önünə əklil qoyaraq şəhidimizi yad ediblər. Daha sonra şəhidin valideynləri, həyat yoldaşı, övladı və İcra nümayəndəliyi məktəbimizə dəvət olunaraq şəhidimizin döyüşdə gəstərdiyi şücaətdən danışıblar.
Görüş zamanı Teymurun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışan məktəbin direktoru Esmira xanım Məmmədova, direktor müavini Həsənova Vəfa və sinif rəhbəri Əliyeva Lətafət Teymurun qısa ömür yaşasa da canını Vətən yolunda fəda etməsi ilə özündən sonra böyük bir igidlik məktəbi qoyduğundan və indi hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr etdiyindən danışıblar.
Şəhidin atası Mahal Həsənov bildirib ki, özü I Qarabağ döyüşlərinin iştirakçısı olub və oğlunun Vətənə olan sevgisi elə burdan yaranıb. Ata, ölkə rəhbərliyi tərəfindən onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin minnətdarlığını bildirib.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycann Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Həsənov Teymur ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin və Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.