1”D” sinif şagirdləri şəhidin evini ziyarət etdilər

Məktəbimizin müəllim və şagird heyəti daim şəhidlərimizi yad edir və onların ailələrini ziyarət etməkdə davam edirlər. Bu dəfə 1”D” sinif şagirdləri və sinif rəhbəri Rəhimova Pərvanə, direktor müavini Həsənova Vəfa II Fəxri Xiyabana gedərək şəhid Məmmədov Vüqar Elxan oğlunun məzarını ziyarət ediblər. Şagirdlər şəhidin məzarı önünə əklil qoyub, şeirlər söylədilər.
Daha sonra məktəbin şagird və müəllim kollektivi şəhidin evini ziyarət ediblər. Şəhidin anası onun döyüşdəki şücaətlərindən şagirdlərə danışıb və şəhidi doğum günündə unutmadıqlarına görə şagirdlərə öz təşəkkürünü bildiriib
Qeyd edək ki, Məmmədov Vüqar Elxan oğlu ölümündən sonra prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "igidliyə görə" və “Fizulinin azad olunmasına görə” medalı ilə təltif olunub.