Məktəbimizdə Novruz bayramına həsr olunmuş silsilə tədbirlər keçirildi

"Bahar çələngi" layihəsinin icrası ilə bağlı tədbirlər planına uyğun olaraq məktəbimizdə silsilə tədbirlər davam edir. Tədbirdə milli-mənəvi dəyərlərimizin göstəricisi olan Novruz adət-ənənələrindən söhbət açıldı. Şagirdlərin ifasında milli folklor nümunələri olan haxışda, bayatılar, laylalar söylənildi, rəqslər nümayiş etdirildi. Bu cür tədbirlərin təşkil olunması milli adət - ənənələrin daha dərindən öyrənilməsinə və şagirdlərin aktyorluq bacarığının və səhnə mədəniyyətinin üzə çıxmasına xidmət edir. Eyni zamanda belə tədbirlər şagirdlərə milli-mənəvi dəyərlərimizin aşılanmasına xidmət edir.