3"E" sinfində Novruz bayramı ilə bağlı tədbir keçirildi

"Bahar çələngi" layihəsinin icrası ilə bağlı tədbirlər planına uyğun olaraq məktəbimizdə silsilə tədbirlər davam edir. Martın 18-də 3 "E" sinif şagirdlərinin və sinif müəllimi Şərqiyyə İsayevanın təşkilatçılığı ilə”Novruz çələngi”adlı tədbir təşkil etdilər. Tədbirdə milli-mənəvi dəyərlərimizin göstəricisi olan Novruz adət-ənənələrindən söhbət açıldı.