3"B" sinfində Novruz bayramı ilə bağlı tədbir keçirildi

    "Bahar çələngi" layihəsinin icrası ilə bağlı tədbirlər planına uyğun olaraq məktəbimizdə silsilə tədbirlər davam edir. Martın 18-də 3 "B" sinif şagirdlərinin və sinif müəllimi Pəri Qasımovanın təşkilatçılığı ilə”Novruz çələngi”adlı tədbir təşkil etdilər. Tədbirdə milli-mənəvi dəyərlərimizin göstəricisi olan Novruz adət-ənənələrindən söhbət açıldı. Şagirdlərin ifasında milli folklor nümunələri olan haxışda, bayatılar, laylalar söylənildi, rəqslər nümayiş etdirildi. Bu cür tədbirlərin təşkil olunması milli adət - ənənələrin daha dərindən öyrənilməsinə və şagirdlərin aktyorluq bacarığının və səhnə mədəniyyətinin üzə çıxmasına xidmət edir. Eyni zamanda belə tədbirlər şagirdlərə milli-mənəvi dəyərlərimizin aşılanmasına xidmət edir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi