Məktəbimizin fəxri

Məktəbimizn 5”C” sinif şagirdi Nurlu Yusif Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin diplomu ilə təltif edilmişdir.
Mərkəzin “Novruz Byayramı”na həsr olunmuş Cüdo idman növü üzrə açıq birincilikdə 2012-2014 –cü il təvəllüdlü cüdoçular arasında Nurlu Yusif 46 kq çəki dərəcəsində birinci yeri tutmuşdur.
Balaca Yusif idman uğurları ilə yanaşı həm də dərslərində fəal iştirak edir. Şagirdimizi təbrik edir və uğurlarının davamlı olmasını arzu edirik.