”Qaraca qız” əsəri 3"B" sinif şagirdlərinin təqdimatında

Məktəbin kitabxana müdiri Günay Babayeva, sinif rəhbəri Pəri Qasımova 3"B" sinif şagirdləri ilə birlikdə kitaba olan marağın artırılması, bədii zövqün formalaşdırılması, mütaliyə mədəniyyətinin yüksəldilməsi məqsədilə S.S.Axundovun ”Qaraca qız” əsəri şagirdlərin müzakirəsinə verildi. Şagirdlər kitabxana müdiri Günay Babayevanın suallarını cavablandırdılar, mövzu ətrafında fikirlər müzakirə olundu. Sonda şagirdlər ”Qaraca qız” əsərini səhnələşdirdilər.