Məktəbimizin informatika müəllimi Nərminə Musayeva "Gələcək üçün kod" layihəsində iştirak edir

Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində "Gələcək üçün kod" layihəsinə start verilib. Proqram Alqoritmika Beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbi tərəfindən ali təhsil müəssisələrində İT və proqramlaşdırma sahəsində praktiki bacarıqların inkişaf etdirilməsi məqsədi ilə hazırlanıb. Layihədə məktəbimizin informatika müəllimi Musayeva Nərminə də iştirak edir. O, 500-ə yaxın 3-4-cü kurs tələbələrinin yeni bacarıqlara yiyələnməsi üçün çalışır.
Bütün kollektivimiz adından Nərminə müəlliməyə uğurlar arzulayırıq.