Məktəbliləri arasında mini futbol turniri keçirilib

Nəsimi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "İdman həftəsi" çərçivədində Nəsimi rayon məktəbliləri arasında 05 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş mini futbol turniri keçirilib. Turnirin keçirilməsində əsas məqsəd şagirdlərin idmana marağını artırmaq, idman növlərini məktəblilər arasında təbliğ etmək və onların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.
Turnirin nəticələrinə görə məktəbimizin komandası III yerə layiq görülüb. Qalib komandamız kubok, diplom və medallarla təltif olunublar.