Kimya fənnindən növbəti nümunəvi dərs

Kimya fənnindən növbəti nümunəvi dərs 9”D” sinfində oldu. “Azot yarımqrupu elementlərinin icmalı. Azot və onun oksidləri” mövzusunda keçirilən dərsdə şagirdlər azot birləşmələrinin tətbiqinə və həyatda roluna dair hazırladıqları referatları təqdim etdilər. Şagirdlər mövzuya uyğun olaraq nümayiş etdirilən reaksiyaların tənliklərini tərtib etdilər. Fənn müəllimi Amanı Fəxriyyə “ziddiyyətlər elementi” olan azotun həm müharibə, həm də sülh elementi olması barədə ətraflı məlumat verdi.