Bu gün 30-cu ildir ki, “Xocalıya ədalət” istəyirik!

      20-ci əsrin ən dəhşətli faciələrindən biri, bəşəriyyətə və insanlığa qarşı törədiımiş ağır cinayət olan Xocalı soyqırımından 30 il ötür. 
Bu gün 30-cu ildirki, “Xocalıya ədalət” istəyirik! Dünyanın bu həqiqətlərini görməsini,qatillərin layiqli cəzalarını almasını istəyirik!
    Məktəbimizin 7"A" sinif şagirdləri tarix müəllimii Səbinə  Yusifova  ilə birlildə Xocalı abidəsini ziyarət etmişlər. Abidənin ziyarətində həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili ombudsman Səbinə Əliyeva da iştirak etmiş, şağirdləri faciə ilə bağlı verilmiş bəyanatla tanış etmiş və bildirmişdir ki, dünya ictimaiyyəti, əlaqədar beynəlxalq təşkilatlar Xocalıda törədilmiş soyqırımı aktına adekvat reaksiya verməli, bu cinayət soyqırımı kimi tanınmalı, onun sifarişçiləri,icraçıları ədalət mühakiməsinə cəlb olunmalıdırlar. Şagirdlərimiz faciə ilə bağlı məlumat vermiş şerlər söyləmiş və qurbanları ehtiramla yad etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi