Xocalı haqqında açıq dərs

Məktəbimizin tarix müəllimi Qasımova Validə tarix dərslərindən birini Xocalı faciısinə həsr etmişdir. İlk olaraq Xocalı soyqırımının qurbanlarının, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Dərsdə faciə ilə bağlı faktlar bir daha şagirdlərin diqqətinə çatdırılmış, 9"A" sinifinin şagirdləri M.Aysun, A.Türkan, Q.Məhəmmədəlinin hazırladıqları çıxışları dinlənilmişdi.