Məktəbimizdə Xocalı soyqrımının 30-cu ildönümü ilə bağlı silsilə tədbirlər keçirildi

Azərbaycan Respubliksaının Təhsil Nazirliyinin 14 fevral, F-81 nömrəli əmri ilə təsdiq edilmiş “Xocalı soyqrımının 30-cu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən məktəbimizdə silsilə tədbirlər təşkil olunub. Tədbirlər Planına müvafiq olaraq 2022-ci ilin fevral ayının 25-də bütün sinflərdə “1992-ci ilin Xocalı faciəsini unutmayan xalqımız 2020-ci il 8 Noyabrının Zəfər Gününü şərəflə yaşadı”mövzusunda xüsusi dərslər keçirilib.