Tarix dərsində Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirildi

Məktəbimizin tarix müəllimi Vəliyev Mənsur tarix dərslərindən birini Xocalı faciəsinə həsr etmişdir.İlk olaraq Xocalı soyqırımının qurbanlarının, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Dərsdə faciə ilə bağlı faktlar bir daha şagirdlərin diqqətinə çatdırılmış və faciənin dəhşətli nəticələri bir daha xatırladılmışdır. Dərsdə l Qarabağ müharibəsi qazisi, Xocalı soyqırımının şahidi olmuş, hamımızın dərsliklərdə, kitablarda faciə ilə bağlı mövzulardakı şəkillərdən tanıdığımız Əzimov Allahverdi Əzim oğluda iştirak etmişdir. Faciənin canlı şahidi kimi həmin günlərdə Xocalı sakinlərinin yaşamış olduğu dəhşətli faciə haqqında təəssüratlarını şagirdlərlə bölüşərək,onların faciə ilə bağlı suallarına cavab vermişdir.