Qalib şagirdlərimiz

Nəsimi Rayon Gənclər və İdman İdarəsi tərəfindən Nəsimi rayon məktəbliləri arasında keçirilən Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımını unutma!”adlı inşa yazı müsabiqəsində məktəbimizin 10 "D" sinif şagirdi Kiçibəyova Günel 2-ci yerə, Pənahlı Arzu isə 3-cü yerə layiq görülərək diplom və medalla təltif olunmuşdur.
Şagirdlərimizin nailiyyət əldə etməsində Azərbaycan dili və ədəbiyyat müəllimləri Babazadə Gülüstan və Abasova Səmimə müəllimin də əvəzsiz rolu olmuşdur.