Kimya-Biologiya aylığı keçirilir

Məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqları keçirilir. Fəaliyyət planına əsasən fevral ayı Kimya-biologiya aylığı elan olunmuşdur. Aylıq çərçivəsində məktəbdə müxtəlif tədbirlər həyata keçirilir.
Bu gün isə 8”A” sinfində Biologiya fənnini tədris edən Quliyeva Gülnarənin “Həzm orqanlarını qoruyaq” mövzusunda nümunəvi dərsi oldu. Şagirdlər həzm orqanlarının quruluşu, həzm sisteminin müxtəlif şöbələrində gedən maddələr mübadiləsi prosesləri, həzm orqanlarında baş verən xəstəliklərin səbəbləri və aradan qaldırılması yolları barədə ətraflı məlumatlar verdilər.
Məktəbimizdə keçirilən fənn aylıqları şagirdlərimizin dərslərə olan marağını daha da artırır.