Şagirdimiz musiqi məktəbində çıxış edib

01 fevral 2022-ci il tarixində Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə 2 fevral "Gənclər Günü"nə həsr olunmuş "Vətənpərvər gənclər" adlı tədbir keçirilmişdir.
Məktəbimizin 10 “D” sinif şagirdi Hacıyeva Ləman Təhmasib qızı tədbirdə kanon musiqi alətində çıxış etmişdir. Tədbirdə gənc qazilər də iştirak edirdi.