Tarix-coğrafiya aylığı çərçivəsində açıq dərslər keçirilib

Məktəbin illik fəaliyyət planının 1.1.1. 8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Yanvar ayı məktəbdə tarix-coğrafiya aylığı elan olunmuşdu. Məktəbin coğrafiya müəllimi Dadaşova Məlahət müəllimin 7"E" sinfində keçirdiyi "Yağıntıların paylanması" mövzusunda keçirtdiyi açıq dərs. Şagirdlər yağıntıların enliklər üzrə paylanması səbəblərini ğöstərdilər və öz aralarında müzakirə etdilər. Dərsdə video materiallardan və şəkillərdən istifadə edildi.