Şagirdlərimiz Lütfi-zadəni yad ediblər

Bu gün dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin doğum günudür. Bu münasibətlə məktəbimizin 7 "A" sinif şagirdləri və sinif rəhbəri, tarix müəllimi Səbinə Yusifova ilə birlikdə I Fəxri Xiyabanda olmuş, məhşur alimin məzarını ziyarət etmişlər. Şagirdlərimiz məşhur alimin məzarı başında onun həyatı, kəşfləri, dünya elminə verdiyi töhvələr, ordenləri və dövlətimizin məşhur şəxsiyyətə verdiyi yüksək səviyyəli dəyərdən söz açıblar.