İdmançi əkiz qardaşlarin uğurları

Hüseyli İsa və Hüseynli Əli Bakı şəhəri,240 nömrəli tam orta məktəbin 4 ç sinif şagirdləridir. Bu iki qardaş nəinki dərslərini yaxşı oxuyan şagirdlər,həm də taekvando idman növü ilə peşəkarcasına məşğul olaraq böyük nailiyyətlər qazanmışlar.
Şagirdlərimiz Taekvando idman yarışı üzrə yeniyetmələr və uşaqlar arasında keçirilən yarışda Əli,37 kq çəki dərəcəsində və İsa, 41 kq çəki dərəcəsində 1-ci yerə layiq görülərək diplomla təltif olunmuşlar.
Biz də məktəb kollektivi olaraq idmançı əkiz qardaşları təbrik edir,onlara daha böyük nailiyyətlər və qələbələr arzulayırıq.