Məktəbimizdə V qrant müsabiqəsinin təşkil etdiyi dərnəyin bağlanış tədbiri keçirildi

17 dekabr 2021 ci il tarixdə 240 saylı məktəbdə "V qrant müsabiqənin fərdi kateqoriya üzrə qalib layihəsi olmuş "Robototexnika və 3 d Dizayn bacarıqlarının inkişaf etdirilməsi üzrə dərnəyin təşkili" layihəsinin bağlanış tədbiri keçirildi. Tədbiri giriş sözü ilə layihə rəhbəri Mətanət Səmədova açaraq 3 ay ərzində layihə boyu görülən işlər haqqında məlumat verdi. Tədbirdə məktəb rəhbərliyi,layihənin eksperti Q.Səmədov, təlimçi Günay Çəndirli iştirak etdi. Tədbir hər kəs tərəfindən yüksək qiymətləndirildi. Şagirdlərin əl işlərindən ibarət təşkil olunmuş onlayn və əyani hazırlanmış sərgiyə baxış oldu . Şagirdlər layihə müddətində fəaliyyətlərinə görə sertifikatla təltif olundular. Davamlı olması diləyi ilə tədbir başa çatdı